top of page
Search

Küçə təcavüzünün qurbanı olsanız və ya başqasının təzyiqə məruz qaldığını görsəniz nə etməli?

  • Writer: Safe Routes
    Safe Routes
  • Feb 18, 2022
  • 2 min read

Updated: Sep 8


ree

Küçə təcavüzü günümüzün həqiqətidir. Hər tərəfə kamera yerləşdirilsə də, evimizin düz yanında olsaq da, elə ya da belə buna məruz qala bilərik. Buna görə də belə hal ilə üzləşəndə nə etməli olduğumuzu bilməliyik.


Bu yazıda sizinlə, belə bir situasiyaya düşsəz və ya şahid olsaz, necə davranmalı olduğunuzu bölüşürük.


! Sözünüzü deyin

İlk addım olaraq nəsə deyin. Bəli, sadəcə nəsə deyin. Nə qədər bəsit səslənsə də, bir çox təcavüz qurbanı heç ağzını açıb bundan narahat olduğunu demir belə, bu da öz növbəsində qarşıdakı şəxsə sanki sizə onun davranışı "xoş gəlir" hissi ötürür. Elə buna görə də ona qəti şəkildə sözünüzü deyin.


! Səlahiyyətli şəxslərdən kömək istəyin

Başqalarından kömək istəmək atılmalı olan bir başqa addımdır. Özəlliklə də əgər yaxınlıqda polis varsa, mütləq onlara şikayətinizi bildirin. Əgər avtobus, kafe kimi yerlərdə sizi kimsə narahat edirsə, bu zaman da avtobus sürücüsü, ofisiant və ya digər kömək edə biləcək şəxslərdən yardım istəyin.


! Baş verənləri çəkin

Narahat olduğunuz an, telefonunuzu çıxarın və baş verənlərin şəklini və ya videosunu çəkin. Bunu edən zaman çalışın ki ətrafdakı insanların üzləri, yaxınlıqdakı binalar və əsas da sizi təvacüz edən şəxsin üzü görünsün. Bunu etmək sizi taciz edən şəxsi qorxudacaq, bizə də bu lazımdır. Əlavə olaraq da bunu polisə, sizi narahat edən şəxsin müdirinə və ya yaxınlarına göstərə də bilərsiz.


Hadisə sonrası nə etməli?


! Bizə yazın

Özünüzü təhlükədə hiss etdiyiniz an, saytımıza daxil olub S.O.S vasitəsilə 112-yə zəng edə bilərsiniz, daha sonra isə baş verənləri bizə report edin. Təqibin bütün təzahürləri (tarix, vaxt, yer, şahidlər) bizim üçün vacibdir, əlinizdə bunlar olarsa, biz bu hadisəni daha asan ictimailəşdirəcəyik. Bunu etməyimiz belə halların azalması üçün böyük önəm daşıyır. Ona görə də, özünüzü ələ alıb, bunları bizimlə paylaşın.


! Hekayələrinizi şəxsən paylaşın

Ailəniz, dostlarınız, iş yoldaşlarınız və tanışlarınızla bu xoşa gəlməz təcrübəniz haqqında danışın. Bir çox insan bunun nə qədər tez-tez baş verdiyini və nə qədər üzücü olduğunu dərk etmir. Bəlkə də, insanlar əksər qadınların bunu yaşadıqlarını başa düşsələr, günahlandırma da daha az olardı.


! Psixolojik dəstək alın

Əgər bunlar sizdə psixoloji sarsıntıya səbəb olursa, mütləq professional yardım alın. Bəzən insanlar kiçik məişət problemlərinin və ya tıxacda eşitdikləri pis bir kəlimənin onların mental sağlamlığına nə qədər ciddi neqativ təsir göstərdiyini görə bilmirlər. Bu səbəbdən də, depressiyaya düşürlər. Bunun olmaması üçün, post-tədbirləri unutmayaq.


Unutmayın ki, yolda, özəlliklə də axşam saatlarında, təhlükəli olan bir yolda gedərkən, çox diqqətli olmalısız. Məsələn, qulaqcıq taxmayın, ətrafa diqqətlə baxın. Diqqət belə hallarda sizə tərəddüdsüz çox kömək edəcək.


Təhlükəsiz bir dünya diləyiylə!


Safe Routes - Təhlükəsiz Marşrutlar



 
 
 

Comments


©2025 Powered by the Rashad Umbayev

bottom of page