Qadınlar üçün özünü müdafiə texnikaları
- Safe Routes

- Feb 20, 2022
- 3 min read
Updated: Sep 8
Qadın ölümlərinin, təcavüzün, qısnamanın artdığı bugünkü şəraitdə bacardığımız qədər özümüzü müdafiə etməliyik. Təhlükə anında sizə hücum edən şəxslə ancaq siz qarşılaşacaqsınız. Sizi o saniyə heç kəs görməyə və hətta eşitməyə bilər. Bu səbəbdən, özünüzü qorumağı bilməlisiniz.

Özünü müdafiədən söhbət gedəndə bir çox insanın ağlına gələn ilk şey güc bərabərsizliyidir. Hamının dediyi tək bir şey var: qadın kişiyə nə edə bilər ki. Əslində isə məsələ cüssə, güc və s. deyil. Qarşınızdakı insanın zəif yerini bilsəniz, sizə hücüm edən şəxsin bədəni nə qədər böyük və ya güclü olsa da, onu asanlıqla məğlub edə bilərsiniz.
Gəlin ən əsas özünü müdafiə texnikalarına birlikdə göz ataq.
1. Həssas bədən nahiyələrinə zərbə endirmə

Təcavüzkarın nə qədər cüssəli və ya güclü olmasının əhəmiyyəti yoxdur demişdik, bu ona görədir ki insan vücudunun ən həssas nöqtələrin harada olduğunu bilsəniz, hər kəsi məğlub edə bilərsiniz. Əsas olanlar gözlər, burun, boğaz, sinə, diz və qasıqdır.
Endirdiyiniz zərbələr yüngül də olsa, zərbələr bu bölgələrə yönələrsə təsirinin daha çox olacağını unutmamaq lazımdır.
2. Gözlərə təmas
Adından da bəlli olduğu kimi, texnika çox bəsitdir. Barmaqlarınızla təcavüzkarın gözünə basdıraraq, qaçmaq üçün vaxt qazanmış olacaqsız. Lakin qeyd etmək mütləqdir ki , hərəkəti yerinə yetirərkən məqsədiniz özünümüdafiə olmalıdır - agressora qəsdən həyati zərər yetirmək sizi haqqsız vəziyyətə sala bilər.
3. Qasıq zərbəsi
Uzun illərdir ki qadınlara öyrədilir ki, qasıq zərbəsi kişini tərksilah etməyin ən sürətli üsullarından biridir. Qasıq nahiyəsinə düzgün vurulan təpik son dərəcə ağrılı ola bilər və hətta təcavüzkarı yıxmasa belə, bu, şübhəsiz ki, onu tərksilah etmək ya da onun əlindən qaçmaq üçün sizə bir az vaxt qazandıra bilər.

Uğurlu qasıq zərbəsini endirməyin ən yaxşı yollarından biri bunu o gözləmədiyi anda etməkdir. Həqiqət budur ki, təcavüzkar, xüsusən də kişidirsə, yəqin ki, qasıqdan zərbə gözləyir, bu da onun təbii müdafiə instinktini hərəkətə keçirə və nəticədə cəhdinizi uğursuz edə bilər. Əgər bu zərbə kifayət qədər güclü bir şəkildə vurularsa, təcavüzkara ciddi zərər verə bilər.
4. Boğaz zərbəsi
Boyun və təcavüzkarın qırtlaq adlanan nahiyəsinə zərbə vurmaq bir digər məsləhət bildiyimiz özünü müdafiə texnikasıdır.

Körpücük sümüklərinin arasına və ya qırtlaqa edilən zərbə qarşınızdakı şəxsə şiddətli acı yaşadacaq çünki sürətli bir boğaz zərbəsi hücum edənlərin tənəffüs yoluna və nəfəs almasına təsir edəcək, və bu onun dərhal təmkinini itirməsinə səbəb olacaq. Bu 2-3 saniyə boyunca isə siz qaçmaq üçün və ya başqa zərbə endirmək üçün vaxt qazacanaqsız.
5. Barmaq qırma

Barmaq qırma texnikası bir az çətin olmaqla bərabər, əslində bir az da diqqət tələb edir. Bu texnika üçün ilk öncə sizə hücum edən şəxsin əlini hər iki əlinizlə şəkildə gördüyünüz kimi tutun; bir əlinizi sərçə və üzük barmaqlarının arasından, digərini isə orta və işarət barmaqlarının arasından keçirin, daha sonra da, təcavüzkarın biləyini önə doğru bükməyə çalışın.
Əgər özünüzü lap çətin bir halın içində hiss edirsizsə, bu təsirli texnika sizə yardım edə bilər.
Qurtulmaq və təcavüzkarl daha da yaralamaq və yavaşlatmaq üçün isə, bu hərəkəti etdikdən sonra dizinizlə onun qasıq nahiyəsinə vurun və ya ayağına dabanınızla möhkəm vurub, əlavə qaçış zərbələri endirin.
Bonus

Bonus olaraq isə, hücum anında əllərinizi necə azad edə bilərsiniz haqqında qısa xülasə verək :
Təcavüzkarlar bilirlər ki, əgər qurbanlarının əllərini tutsalar, bu, qurbanların onlara qarşı mübarizə aparmağını çətinləşdirəcək.
Əgər "baş barmaq qaydasını" xatırlasanız, əllərinizi asanlıqla azad edə biləcəksiniz. Bunun üçün qolunuzu təcavüzkarın baş barmağının olduğu tərəfə çevirin. Qolunuz bu pozisiyada olduqda, onu bacardığınız qədər güclü şəkildə özünüzə tərəf çəkin.
Ümid edirik ki, heç vaxt bu hərəkətlərdən istifadə etməli olmazsınız, ancaq özünüzü təhlükədə hiss edirsinizsə, bunları etməkdən çəkinməyin.
Təhlükəsiz bir dünya diləyiylə!
Safe Routes - Təhlükəsiz Marşrutlar





Comments